Şou-biznes

"Natavan ulduzluq edir, dostlarını da saymır"

3 May 2022 14:00
0 Şərh     Baxış: 1 221
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müğənni Nadir Qafarzadə həmkarı Natavan Həbibini tənqid edib. 

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, sənətçi "7 Özəl" proqramında Natavanın dostlarına qarşı haqsızlıq etdiyini söyləyib:

"Natavanın son zamanlar ulduzluğu tutub. Dostlarını da saymır, unudub. Elə insanlar var uzunmüddətli dostluğu bacarmır. Dostuyla düşmənini ayırmır".

Qafarzadə Natavanı oğlunun toyuna çağırdığını, amma gəlmədiyini söyləyib:

"Bir vaxtlar oğluma deyirdim, toy edəndə kimi çağırım? Deyirdi, Natavanı. Ona dedim ki, oğlum toyunda səni istəyir. Gəlmədi... Ona tövsiyyə edirəm: düşün, daşın, yaşın gedir. Mənim 50, sənin yaşın 40-a çatıb. Gənclik gedib, kaprizləri qoy kənara, dostları yığ başına. Soyuqqanlılıq var o qızda. Əslində elə deyil, amma özü elə obraz yaradır. Oturub danışanda elə qəşəng söhbət edir ki... Bir vaxtlar İzzət Bağırova yekəxana deyirdilər. Amma adam elə deyil. Natavan, ekranda özünü elə göstərirsən ki, tamaşaçını itələyirsən. Bir az "mənə gəl" et".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.