Şou-biznes

“Ukraynanın ən böyük milli şəxsiyyəti Putindir”- azərbaycanlı aparıcıdan qalmaqallı açıqlama

25 Aprel 2022 11:54
17 Şərh     Baxış: 5 929
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Aparıcı Turan İbrahimovun Rusiya və Ukrayna ilə bağlı statusu müzakirə yaradıb. 

Milli.Az olay-a istinadən xəbər verir ki, bununla bağlı Turan feysbukda paylaşım edib. 

"Artq yüz ildir ki, var gücləri və bütün imkanları ilə ukraynalılar özlərinə, ruslara və dünyaya sübut etməyə çalışırdılar ki, onlar rus deyillər, ayrıca milli-mədəni reallıqdılar. Ancaq buna tam mənası ilə nail ola bilmədilər, bilməmişdilər. Bu səbəbdən də əslində Ukraynanın ən böyük milli şəxsiyəti elə Vladimir Putindir. Onlar Putinə hər zaman minnətdar olacaqlar. Hətta gələcəkdə ona, mütləq heykəllər ucaldıb, adını prospektlərə verməlidirlər.

Putin hazırda Ukraynada etdikləri ilə nəinki Ukraynanı Rusiyadan tamamilə ayırdı, hətta zəif də olsa, perspektivi olan şərqi slavyan xalqları birliyini yox etdi. SSRİ və ya ona bənzər hansısa, Rusiya mərkəzli birlikdən danışmaq da artıq əbəsdir. Yaşasın Putin", - deyə Turan vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.