Şou-biznes

"Gənc olanda yuxusuzluğun təsirlərini görmürsünüz, çünki..."

24 Aprel 2022 12:22
0 Şərh     Baxış: 1 220
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hollivud ulduzu Cennifer Eniston "People" jurnalına verdiyi müsahibədə yuxusuzluqdan əziyyət çəkdiyini etiraf edib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktrisa bu vəziyyətin onun beyin funksiyalarına və yaşamına mənfi təsir göstərdiyini söyləyib.

"Düşünürəm ki, bu, mənim 30 yaşım olanda və ya daha əvvəl başlayıb. Gənc olanda yuxusuzluğun təsirlərini görmürsünüz, çünki biz özümüzü yenilməz görürük. Ancaq birdən bunun gününüzə, işinizə, beyninizə və bədən quruluşunuza necə təsir etdiyini anlayırsınız.

Yuxuya gedə bilməyəndə daim saatıma baxıram. Nə qədər çox narahat olsam, yatmaq bir o qədər çətinləşir".

Cennifer etiraf edib ki, bəzən bir neçə gecə yuxusuz qaldıqdan sonra yuxuda gəzir:

"Bununla mübarizə aparıram. Üç sadə və vacib qaydaya əməl etməsəniz, sağlam ola bilməzsiniz: pəhrizinizə riayət edin, idman edin və yaxşı yatın. Bu üç komponent bir-biri olmadan mümkün deyil".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.