Şou-biznes

"Yazıq valideyn, nə deyib ağlasın görəsən?" - Nadir ölən qızdan yazdı

7 Aprel 2022 09:06
14 Şərh     Baxış: 8 753
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xəbər verdiyimiz kimi, aprelin 3-də "Location" klubda baş verən partlayış zamanı xəsarət alan 1999-cu il təvəllüdlü Fərqanə Eynullayeva ötən gün müalicə aldığı xəstəxanada vəfat edib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sosial şəbəkədə mərhumun gecə klublarında əyləndiyi anın görüntülərinin yayılması izləyicilər tərəfindən birmənalı qarşılanmayıb. Görüntülərə tənqid yazanlardan biri də müğənni Nadir Qafarzadə olub:

"İndiki bəzi qızlar niyə ailə qurub, xanım olmaq istəmirlər ki? 23 yaşlı qız həyatını məhv etdi. Öz həyatını darmadağın etdi. Məncə bu hadisə bir çox gənc xanıma dərs olar. Yazıq valideyn, gör indi nə haldadır. Nə deyib ağlasın görəsən? Ey gənclər, həyatınızı məhv etməyin!".

Qeyd edək ki, Fərqanə Eynullayeva 60-62 faiz və III dərəcəli yanıq xəsarəti ilə reanimasiyada olan kritik ağır xəstələrdən biri idi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.