Şou-biznes

Puqaçova və Qalkin xarici ölkə vətəndaşı olmaq istəyir

31 Mart 2022 18:36
0 Şərh     Baxış: 1 125
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xəbər veridiyimiz kimi, Rusiyanın Xalq artisti Alla Puqaçova, həyat yoldaşı, şoumen Maksim Qalkin və övladları Rusiyanı tərk edib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, "Правда.ру" saytı mühacirət edən cütlüklə bağlı yeni məlumat yayıb. Nəşr iddia edib ki, Puqaçovanın Rusiyaya tezliklə qayıtması ilə bağlı bəyanatlarına baxmayaraq, o, uzun müddət İsraildə məskunlaşmağa hazırlaşır. Belə ki, sənətçi İsrail vətəndaşlığı almaq üçün lazimi sənədləri toplayaraq müraciət edib.

Qeyd olunub ki, həyat yoldaşının yəhudi köklərinin olması onun vətəndaşlıq almasını asanlaşdıracaq.

Nəşr onu da bildirib ki, onlar övladları Harri və Liza üçün yeni məktəb axtarışındadırlar.

Qeyd edək ki, bundan əvvəl "CT News" A.Puqaçovanın İsraildə televiziyada iş tapdığını yazmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.