Şou-biznes

Ancelinadan Ukraynada ölən hamilə qadınla bağlı paylaşım - FOTO

17 Mart 2022 17:06
0 Şərh     Baxış: 1 305
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hollivud ulduzu və BMT-nin xoşməramlı səfiri Ancelina Coli martın 9-u Ukraynanın Mariupol şəhərində doğum evi və uşaq xəstəxanasının Rusiya tərəfindən aviazərbəyə məruz qalması nəticəsində dağıntılar altında yaralanan hamilə qadın və körpəsinin həlak olması barədə paylaşım edib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktrisa İntsaqramın hekayə bölməsində hücumdan sonra xərəkdə daşınarkən çəkilən qadının fotosunu izləyiciləri ilə bölüşüb.

Coli paylaşımı ilə ukraynalıları Rusiya ordusuna qarşı mübarizədə dəstəkləyib.

Qeyd edək ki, aktrisa bir müddət əvvəl etdiyi paylaşımda müharibənin fəsadlarından əzziyyət çəkən Ukrayna xalqı üçün dua etdiyini bildirmişdi.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.