Şou-biznes

Məşhur aktyor Ukrayna xalqına qapılarını açdı

16 Mart 2022 09:24
0 Şərh     Baxış: 1 273
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Şerlok" serialı ilə tanınan məşhur britaniyalı aktyor Benedikt Kamberbetç həyat yoldaşı Sofi Hanterlə birlikdə Londonda keçirilən BAFTA mükafatlandırma gecəsinə qatılıb.

Milli.Az OLAY-a istinadən yazır ki, o, mərasimdə Rusiyanın Ukraynaya qarşı hərbi müdaxiləsi ilə bağlı şərhlər verib.

Daha əvvəl qatıldığı mükafatlandırma mərasimində Ukrayna xalqına dəstəyini göstərmək üçün əlində ölkə bayrağı ilə səhnəyə çıxan Kamberbetç bu dəfə evinin qapılarını müharibədən qaçanların üzünə açacağını bildirib.

45 yaşlı aktyor vurğulayıb ki, Ukraynanı dəstəkləyənlər ölkə bayrağının rənglərində döş nişanı taxmaqdan daha çox iş görməlidirlər.

Sənətçi ictimaiyyətin əziyyət çəkən insanlara kömək etmək üçün siyasətçilərə daha çox təzyiq göstərməli olduqlarını deyib.

"Bu, Ukraynada əziyyət çəkən bacı və qardaşlarımın yanında olduğumu göstərmək üçün etdiyim bir işdir. Hər kəs əlindən gələni etməlidir. Evlərinin qapılarını bu insanlara açmaq istəyən çoxlu könüllülər var. Mən onlardan biri olmağı ümid edirəm",- deyə aktrisa bildirib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.