Müğənni Elnur Məmmədov sosial şəbəkədə ilk dəfə övladının fotosunu paylaşıb.
Milli.Az axşam.az-a istinadən bildirir ki, ötən ilin noyabrında ata olan sənətçi oğlu İnamın şəklini İnstaqram izləyiciləri ilə bölüşürək üzünü gizlədib. O, paylaşımına bunları yazıb:
"Allahın ən gözəl hədiyyəsi. Şükür, cənnətin iyini mənə qoxlatdın. Allahım, arzusunda olanlara nəsib et".
Qeyd edək ki, Elnur 2011-ci ildə ailə qurub.
Milli.Az