Türkiyəli müğənni Haluk Levent Rusiyanın Ukraynaya qarşı keçirdiyi genişmiqyaslı hərbi əməliyyatlar nəticəsində zərərçəkənlərə yardım etmək üçün səfərbər olub.
Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, bu barədə o, istaqram hesabında məlumat yayıb. İfaçı rəhbəri olduğu "Ahbap" dərnəyi vasitəsilə Ukraynaya beş TIR humanitar yardım göndərəcəyini açıqlayıb.
Onun sözlərinə görə, sözügedən yük maşınları 2-3 gün ərzində günə yola düşəcək.
Milli.Az