Türkiyəli müğənnidən Ukraynaya dəstək

27 Fevral 2022 10:34

Türkiyəli müğənni Haluk Levent Rusiyanın Ukraynaya qarşı keçirdiyi genişmiqyaslı hərbi əməliyyatlar nəticəsində zərərçəkənlərə yardım etmək üçün səfərbər olub.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, bu barədə o, istaqram hesabında məlumat yayıb. İfaçı rəhbəri olduğu "Ahbap" dərnəyi vasitəsilə Ukraynaya beş TIR humanitar yardım göndərəcəyini açıqlayıb.

Onun sözlərinə görə, sözügedən yük maşınları 2-3 gün ərzində günə yola düşəcək.

Milli.Az