Şou-biznes

Eldar cinsi oriyentasiyası ilə bağlı sualı cavablandırdı

12 Fevral 2022 21:18
0 Şərh     Baxış: 2 183
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Məşhur ifaçı, "Evrovision-2011"in qalibi Eldar Qasımov cinsi oriyentasiyası ilə bağlı sualı cavablandırıb.

Milli.Az sfera.az-a istinadən xəbər verir ki, müğənni ona ünvanlanan "Sizi çox vaxt qeyri-ənənəvi cinsi oriyentasiya nümayəndələrinə aid edirlər. Bu barədə nə düşünürsünüz?" sualına aşağıdakı cavabı verib:

"Mən belə söz-söhbətlərə fikir vermirəm. Və mən başa düşmürəm ki, niyə seçimimə görə kiminsə qarşısında özümə haqq qazandırmalıyam. Bilirsiniz, bizim cəmiyyətimiz elədir ki, bəzən nə paylaşsan da, sənin seçimini bəyənməyənlər tapılacaq. Hər kəsin fikrinə və seçiminə hörmət etmək vacibdir. Hər halda hesab edirəm ki, insanın şəxsi həyatı gizli qalmalıdır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.