Şou-biznes

Cennifer Enistonun gözəllik sirləri

12 Fevral 2022 21:13
0 Şərh     Baxış: 808
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

53 yaşlı ulduz Cennifer Enistonun gözəllik sirləri ortaya çıxıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, həftənin bazar günü aktrisanın spa günüdür. O, həmin gün pilinq, müxtəlif maska və aloe vera nəmləndirici kremindən istifadə edir. O, gözəlliyin yalnız bir resepti olduğuna inanır: rahat yuxu və su. Cennifer dərisinin parlaqlığını isə C vitamininə borcluğunu açıqlayıb. Bu səbəbdən o, hər səhər portağal şirəsi içərək günə başlayır.

Bundan başqa, aktrisaya yaxın olan mənbələrin məlumatına görə, Cennifer estetik əməliyyat etdirməyin tərəfdarı deyil. Buna görə də o, yatmazdan əvvəl 30 dəqiqəsini üzünə qulluğa ayırır. Son olaraq gözlərinin altına vazelin çəkdikdən sonra yuxuya gedir. Səhər isə üzünü soyuq su ilə yuyur və buz parçaları ilə masaj edir.

Bütün bunlarla yanaşı ulduz gözəlliyini genlərinə borclu olduğunu da vurğulayır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.