Şou-biznes

Altı ildən sonra yazılan ilk mahnı Adelə üç mükafat gətirdi - FOTO

10 Fevral 2022 10:30
0 Şərh     Baxış: 1 126
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Britaniyalı məşhur müğənni Adel "Brit Awards"ın üç mükafatına layiq görülüb - "ilin musiqiçisi", "ilin mahnısı" ("Easy On Me") və "ilin albomu" ("30").

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Onun "30 Years" albomu 2021-ci ildə ən çox satılan albomu olub - cəmi altı həftə ərzində 600.000-dən çox nüsxə satılıb. Müğənni mükafatını oğluna və keçmiş ərinə həsr edib.

Adeldən başqa Ed Şiran, reper Deyv, reper Little Simz və bəstəkar Sam Fender "İlin musiqiçisi" nominasiyasına iddialı olublar.

"Ən yaxşı beynəlxalq ifaçı" - Billi Ayliş, "Beynəlxalq Mahnı" - "Good 4 U" (Olivia Rodrigo), "Pop ifaçı" - Dua Lipa, "Yeni britaniyalı artist" - Little Simz,  "Birtaniya qrupu" - "Wolf Alice", "Beynəlxalq qrup" - "Silk Sonic", sonqrayter - Ed Şiran seçilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.