Şou-biznes

Aktrisa imtina etdiyi anasının yasına buraxılmadı

1 Fevral 2022 19:54
3 Şərh     Baxış: 1 827
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aktrisa Sonaxanım Vəliyeva anasını itirəndən sonra ilk dəfə "Bizimləsən" proqramına danışıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi bildirib ki, onu anasının yas mərasiminə dəvət etməyiblər:

"Məni çağırmayıblar. Heç bilməmişəm. Onlara getməmişəm, anam olmayandan sonra onların qapısına getmərəm, anam yoxdur, hara gedim? Kimin qapısına gedim? Yası öz qapımda vermişəm. Nə yaxşı ki, ona ürək sözlərimi dedim. Nə olursa, olsun mənim anamdır. Oturduğu yerdə halı pis olub və yerində qalıb. Mənə deməyiblər. Məni yaxına qoymurdu, yaxına qoysaydı, efir vasitəsilə ona ürək sözlərimi deməzdim. Anam efirdə mənə dedi ki, artistlik eləmə".

Qeyd edək ki, sənətçi ötən həftə Zaur Baxşəliyevin proqramında anasının mülk üçün ondan imtina etdiyini bildirmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.