Şou-biznes

"Zəhər tuluğu"nun filmə düşməyən səhnəsi - VİDEO

17 Yanvar 2022 16:56
0 Şərh     Baxış: 1 010
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Təqdim olunduğu gündən əks-sədası bitməyən "Zəhər tuluğu" filmindən xəbər var.

Milli.Az xəbər verir ki, ekran işinin nümayiş olunmayan kadrları yayılıb. Görüntüləri filmin baş rollarından birini ifa edən aktyor Taleh Yüzbəyov (Adil) yayımlayıb. 

O, videoya "Bu hissə xəstəxanadan evə pul dalınca gedərkən baş verir. Totunun da calaq qoyduğu 600 manat pulu tapmaq üçün itirilən vaxt" sözlərini əlavə edib. 

Qeyd edək ki, filmin süjet xəttində iş yoldaşlarını, dostlarını, onu müalicə edən həkimi və tibb bacılarını acılamağa, incitməyə davam edən və "zəhər tuluğu" olan Adilin (Taleh Yüzbəyov) həyat hekayəsindən bəhs edilir. Bıçaqlandıqdan sonra sağ qalan Adil müalicə olunduqdan sonra öz monoton həyatına geri dönməyə hazırlaşır. O, xəstəxanadan çıxan zaman inanılmaz bir sınaqla qarşılaşır.

Dram janrlı ekran işində Orxan Mərdan, Cəlil Cavanşir, Əlixan Rəcəbov, Cavidan Novruz, Zülfiyyə Qurbanova, Xalq artisti Səidə Quliyeva, Əməkdar artistlər Rasim Cəfər, Hüsniyyə Mürvətova və Oktay Mehdiyev kimi aktyorlar da yer alıblar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.