İngilis müğənnisi və bəstəkarı Ed Şiran Suffolkdakı mini-kəndində kilsə inşasına başlayıb. Onun sərdabəsi məhz bu məbədin altında olacaq.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, kilsə heç bir dinə və məzhəbə aid edilməyəcək. Onun müxtəlif dinlərin nümayəndələri üçün düşüncə və dua yerinə çevrilməsi nəzərdə tutulur.
Məbəd ifaçının 3,7 milyon funt sterlinq dəyərindəki malikanəsinin ərazisində yerləşəcək.
Kilsənin altındakı sərdabə isə təxminən 4 kvadratmetr sahəyə malik olacaq.
Milli.Az