Şou-biznes

“Telekanallar gücü verib körpə uşaqlara, onların da səsi yoxdur, danışıqlarını bilmirlər...” - Xalq artisti

6 Yanvar 2022 19:36
1 Şərh     Baxış: 1 304
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Ötən il tarixi günlər yaşadıq. Ölkə başçımız, ordumuz, xalqımız çox sağ olsun. Allah şəhidlərimizə qəni-qəni rəhmət eləsin"

Milli.Az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında Xalq artisti Zaur Rzayev deyib. Müğənni telekanalların laqeydliyindən də gileylənib:

"İndi biz bir az yaşlanmışıq. Bütün telekanallar gücü verib bu körpə uşaqlara və onların da heç səsi yoxdur, danışıqlarını bilmirlər. Televiziyalarımız isə bütün bunlara baxmayaraq onları reklam edir. İnşallah qarşıdan yetmiş illik yubileyim gəlir, əgər televiziyalarımızın yadlarına düşsəm, qeyd edərlər. Yetmiş il yaşamışam, min şükür, azdan-çoxdan tanıyırsınız, sevirsiniz və bu da mənə bəs edir. On milyon xalqın içində sevilmək, hörmət saxlamaq, bu yaşa gəlmək hər kəsin işi deyil. Allahımdan razıyam. Min şükür deyirəm. Səhvim olmayıb, başqa-başqa şeylərdə adım hallanmayıb. Bayraq, vətən kimi mövzular amalım olub. Bundan sonra nə ömrüm varsa, onu da belə yaşayacam. Azru edirəm ki, ölkəmiz həmişə gözəl olsun, haqq-ədalət həmişə qələbə çalsın. Həmişə yaxşıların işi yaxşı olsun, zəiflər də olacaq. Bu gün yeri səhv düşənlər çoxdur, amma arzu edirəm ki, onların sayı az olsun".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.