Şou-biznes

Aktyor düşdüyü qəzanın görüntülərini yaydı - FOTOlar

21 Dekabr 2021 14:18
0 Şərh     Baxış: 1 207
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Yaprak dökümü" serialı ilə məşhurlaşan türkiyəli aktyor Tolqa Karel bir il əvvəl düşdüyü qəzanın görüntülərini yayımlayıb.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, aktyorun uzun müddətdən sonra həmin videoları ortaya çıxartmasına səbəb 4 nəfərin ölümünə səbəb olan "TIR" sürücüsünə 110 il həbs cəzasının verilməsi olub.

Sürücünün qəzanı törətməsinə səbəb Tolqanın yaşadığı eyni problemdən, əyləcin partlamasından yaranıb. O, əgər əsas yolda qəzanı törətsəydi bənzər aqibətin onu gözləyəcəyini vurğulayıb. Aktyor hadisənin nə qədər acınacaqlı olduğunu bildiyini ifadə etsə də, sürücünün günahsız olduğunu vurğulayıb.

Tolqa paylaşımından sonra haqqında ölümü ilə bağlı çıxan xəbərləri təkzib edərək, qəzanın 2020-ci ildə baş verdiyini xatırladıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.