Şou-biznes

Ailəsi ilə Ağdama getdi, atasının məzarını ziyarət etdi

13 Dekabr 2021 11:00
0 Şərh     Baxış: 1 460
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xalq artisti Nəzakət Teymurova bir ay əvvəl ailə üzvləri ilə birgə işğaldan azad olunmuş Ağdam rayonuna yola düşüb. 

Milli.Az Olay-a istinadən xəbər verir ki,sənətçi yaşlı anası ilə atasının məzarını ziyarət edib. Onların həmin dəqiqələri "Ağdam və mən" silsilə verilişinin "Qaragilə" buraxılışında yer alıb. 

Xanəndə bununla bağlı yeni paylaşım edib və bu sözləri yazıb: 

"Məni, yaşlı anamı o torpaqlara apardınız. Bu torpaqları bizə qaytaran Ali Baş Komandanıma, müzəffər orudmuza təşəkkür etmişəm, hər gün də edəcəm. Allah şəhidlərimizə rəhmət etsin. Atamın ruhu ilə həmişə ürəyimdə danışmışam, bu dəfə məzarı başında ona hesabat verdim. Düşmən viran qoysa da, Ağdamım öz sahibində idi. Buna görə də bu xarabalıqda gələcək cənnətin qoxusunu hiss etdim. Bu cənnəti qüdrətli dövlətimiz Ağdamda quracaq".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.