Şou-biznes

"Efirdə arvadın adını deməzlər" - Əməkdar artist

9 Dekabr 2021 19:36
0 Şərh     Baxış: 1 725
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əməkdar artist Yusif Mustafayev yenə də açıqlaması ilə müzakirələrə səbəb olub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, müğənni "Tam vaxtıdır" proqramının qonağı olub. Verilişdə sənətçi bacısından danışıb.

O, aparıcı Roza Zərgərlinin "Bacınızın adı nədir" sualına "Bacım sağdır, nəvələri var. Bizdə efirdə arvadın adın demirik. Qadın adı deyilməz. Köhnə əsrin adamlarıyıq" reaksiyasını verib.

O bildirib ki, 8 nəvəsi var. Onlardan ikisi isə əkizdir:

"Banu və Çiçək ən balacalarıdır. Onları yığıram maşınıma. Öz avtomobilimə yerləşmirlər, avtobusum var. Səkkizini də ora otuzdurub, aparıb gəzdirirəm. İstəyirəm sayları artsın".

Y.Mustafayev Covid-19-a yoluxduğunu açıqlayıb:

"Səhhətimdə heç bir problem yoxdur. Koronavirusa yoluxdum, salamat başa vurdum. Bilirdim tutacam, qonşu gəlir-gedir. Keçməli idi".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.