Aktrisa Cansu Dere yapon istehsalı olan "Mother" ("Ana") filminin ssenari əsasında çəkilən serialda rol alacaq.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, yeni mövsümdə Star TV-də yayımlanması planlaşdırılan serial üçün Vahide Perçin və Qonca Vuslateridən sonra C.Dere ilə müqavilə bağlanıb.
Serialda aktrisa surroqat ana obrazını canlandıracaq. O, dünyaya gətirdiyi uşağı qaçıraraq həyatını təhlükəyə atacaq. Ekran işinin rejissoru Merve Girgindir.
Milli.Az