Hindistanda petard istehsalı fabrikində güclü partlayış olub.
Milli.Az xəbər verir ki, baş vermiş güclü partlayış nəticəsində 5 nəfər həyatını itirib, 34 nəfər yaralanıb.
Partlayış iki mərtəbəli istehsal binasının çökməsinə səbəb olub. Qalıqlar altında hələ də insanlar qala biləcəyi ehtimal edilir və xilasetmə işləri davam etdirilir.
Hadisənin səbəbləri və dağıntıların dəqiq miqyası araşdırılır. Xilasetmə qrupları mümkün itkinlərin tapılması üçün səylərini artırıb.
Milli.Az