Siyasət

Dəmir yolu nəqliyyatından istifadə edən bu sərnişinlər cərimə ediləcək

30 May 2025 17:47
Baxış: 1 072

Dəmir yolu nəqliyyatında sərnişin müvafiq qaydada ödəniş etmədən getməyə görə də cərimə ediləcək.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin tətbiqi barədə Fərman imzaladığı İnzibati Xətalar Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, müvafiq qaydada ödəniş etmədən gedən sərnişinlər də 30 manat cərimələnəcək.

Qeyd edək ki, hazırda dəmir yolu nəqliyyatında sərnişin biletsiz getməyə görə otuz manat məbləğində cərimə edilir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.