Rusiya

Rusiyada Fətula Gülən tərəfdarlarına qarşı ƏMƏLİYYAT

5 Oktyabr 2021 16:36
0 Şərh     Baxış: 1 794
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Moskva şəhəri və Moskva vilayəti polisi "Nurçular" hərəkatının fəaliyyətini ifşa edib. 

Milli.Az lent.az-a istinadən xəbər verir ki, Moskvada 12 ünvanda əməliyyat keçiriblər. Həmin ünvanlardan külli miqdarda dini ədəbiyyat və  dərsliklər götürülüb. 

İlkin istintaq zamanı məlum olub ki, "Nurçular" mütamadi olaraq Moskvanın Vavilov küçəsində yerləşən mənzillərdən birinə yığışırmışlar. Onlar ələ aldıqları tələblərə məhz bu mənzildə dərslər keçirmişlər. 
Faktla bağlı cinayət işi qaldırlıb.

Xatırladaq ki, Fətula Gülən tərəfdarlarının bu hərəkatı Rusiya Ali Məhkəməsinin 10 aprel 2008-ci il tarixli qərarı ilə ölkə ərazisindəki fəaliyyəti qadağan edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.