Rusiya

ABŞ Rusiya və Çinlə müharibəyə hazırlaşır - KİV

23 Sentyabr 2021 10:12
0 Şərh     Baxış: 1 958
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Hərbi Hava Qüvvələrində xidmət edən pilotlara Rusiya və Çinlə müharibə vəziyyətində eniş təlimi keçirilib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu "Business İnsider" nəşrində yayımlanan məqaləsində hərbi ekspert Stavros Atlamazoqlou qeyd edib.

"ABŞ bərabər gücə malik rəqiblə mümkün qarşıdurmada kabus ssenarisi ilə üz-üzə gələcək", - ekspert vurğulayıb.

Düşmən ölkənin açdığı atəşin əsgərlərin və ya silahların böyük hissəsini zərərsizləşdirə biləcəyini qeyd edən Atlamazoqlou bu səbəbdən ABŞ ordusunun qüvvələrini hava bazalarından kənar nöqtələrə dağıtmaq üçün təlimlər keçirdiyini yazıb.

Bu ssenarilərin öyrənilməsinin düşmən ölkənin ehtimal olunan hücumu qarşısında qoşunların sağ qalma qabiliyyətini artıracağını hesab edən ekspert ordunun gediş və yanacaqdoldurma nöqtələrini izləməyin çətin olacağını bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.