Rusiya

Rusiyada yaşayış binasında partlayış, yaralılar var - VİDEO

8 Sentyabr 2021 12:09
0 Şərh     Baxış: 1 602
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın Moskva vilayətində evdə partlayış olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə nəticəsində 5 nəfər yaralanıb.

Partlayış Noqinsk şəhərində 9 mərtəbəli binada yerləşən mənzildə baş verib.

Bununla yanaşı, partlayışa məhz qazın səbəb olduğu bildirilir.

Rusiyanın Fövqəladə Hallar Nazirliyinin regional şöbəsinin verdiyi məlumata görə, partlayış nəticəsində 8 mənzil tamamilə dağılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.