Rusiya

15 yaşlı yeniyetmə məktəbdə gülləbaran həyata keçirmək istədi

27 Yanvar 2020 21:07
0 Şərh     Baxış: 1 708
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları ölkənin Kostroma vilayətində yerləşən məktəblərin birində terror hadisəsinin qarşısını alıblar. 

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, üç yeniyetmə təhsil aldıqları məktəbdə güllələnmə hadisəsi törətməyə hazırlıq görüblər. 

Rusiya Daxili İşlər Nazirliyi və Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları 15 yaşlı məktəblinin sosial şəbəkə səhifəsində qadağan olunmuş məlumatları paylaşdığı barədə məlumat əldə edib.

Nazirlik xəbər verir ki, yeniyetmə düşündüyünü həyata keçirmək məqsədilə özünə daha iki nəfər həmfikir tapıb.

Onlar təhsil aldıqları məktəbdə gülləbaran təşkil etməyi və bu məqsədlə odlu silah almağı qərarlaşdırıblar. Bundan əlavə, məktəblilər silahdan istifadə vərdişini mənimsəmək məqsədilə qarajda pnevmatik silahdan sınaq atışları həyata keçiriblər.

Güc strukturları uşaqların valideynlərini nəzarət altına alıb. Onlarla profilaktik söhbətlər aparılıb. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.