Dünya

Tokayevin sabiq müşaviri öldürüldü

30 Oktyabr 2025 10:13
Baxış: 408
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Qazaxıstanda tanınmış dövlət xadimi, Prezident Qasım-Jomart Tokayevin sabiq müşaviri və Prezident yanında Mərkəzi Kommunikasiyalar Xidmətinin keçmiş rəhbəri Erjan Babakumarov öldürülüb.

Milli.Az xəbər verir ki, məlumatı ölkənin rəsmi informasiya agentliyi "Kazinform" yayıb.

Erjan Babakumarov uzun illər dövlət idarəçiliyi sahəsində fəaliyyət göstərib. O, müxtəlif illərdə Qazaxıstan Prezident Administrasiyasında, hökumət strukturlarında və media ilə əlaqələrin koordinasiyası istiqamətində mühüm vəzifələr tutub.

Məlumata görə, hadisə barədə rəsmi açıqlama hələlik verilməyib. Əlavə məlumatların yaxın günlərdə açıqlanacağı gözlənilir.

Kənan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.