Hadisə

Gürcüstanda həbs cəzası çəkən Azərbaycan vətəndaşlarının sayı artıb

30 Oktyabr 2025 11:43
Baxış: 433
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Gürcüstan həbsxanalarında 129 nəfər Azərbaycan vətəndaşı saxlanılır.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin sentyabr ayı üzrə hesabatından məlum olur.

Aylıq müqayisədə say 10 nəfər artıb.

Hesabata əsasən, Azərbaycan vətəndaşlarının 41-i ittiham olunan, 88-i isə məhkumdur. Təqsirləndirilən şəxslərin 38-i kişi, 3-ü qadın, məhkumların isə 74-ü kişi, 14-ü qadındır.

Gürcüstanda probasiya nəzarətində saxlanılan Azərbaycan vətəndaşlarının sayı isə 56 nəfər təşkil edir. Aylıq müqayisədə onların sayı bir nəfər azalıb. Həmin şəxslərin 48-i kişi, 7-si qadın, 1-i isə yeniyetmə oğlandır.

Gürcüstanda ümumilikdə 1 404 nəfər əcnəbi və vətəndaşlığı olmayan şəxslər həbs cəzası çəkir, probasiya nəzarətində isə 602 nəfər xarici ölkə vətəndaşı saxlanılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.