İdman

UEFA "Real Madrid"ə uduzdu

30 Oktyabr 2025 10:15
Baxış: 631
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Madrid Əyalət Məhkəməsi UEFA-nın Superliqaya qarşı verdiyi apellyasiya şikayətini qəbul etməyib.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Superliqanın əsas təşəbbüskarlarından biri olan "Real Madrid" klubunun Mətbuat Xidməti məlumat yayıb.

Məhkəmənin qərarında UEFA-nın Superliqaya münasibətdə Avropa İttifaqının sərbəst rəqabət prinsiplərini ciddi şəkildə pozduğu qeyd olunub.

"Bu qərar "Real Madrid" klubuna dəymiş ziyana görə kompensasiya tələb etmək imkanı yaradır", - klubun açıqlamasında bildirilib.

Qeyd edək ki, 19 aprel 2021-ci ildə Avropanın bir neçə aparıcı klubu Superliqanın yaradıldığını elan etmişdi. Daha sonra əksər klublar layihədən geri çəkilsə də, "Real Madrid" hələ də turnirin əsas tərəfdarlarından biri olaraq qalır.

Hüseyn
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.