3 addımla 45 kilo arıqladı: “İstədiyinizi yeyərək arıqlamaq mümkündür”
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Arıqlamaq prosesi çox vaxt çətin və yorucu görünə bilər. Lakin düzgün plan və şüurlu addımlarla istənilən məqsədə çatmaq mümkündür. 28 yaşlı Benji Xavier də bunun canlı sübutudur. O, 45 kilo arıqlayıb və bu dəfə qazandığı nəticəni qalıcı saxlamağı da bacarıb.
Milli.Az xəbər verir ki, Xavier deyir ki, məktəb illərində arıqlasa da, bu onu xoşbəxt etməyib. Sərt pəhrizlərə əməl etdiyi dövrdə yeməklərlə sağlam olmayan münasibət qurduğunu bildirir: "Daim yeyə bilmədiyim şeylər haqqında düşünürdüm. Özümə qadağa qoyanda daha çox yemək istəyirdim."
O, illər sonra arıqlamağa yenidən qərar verib - bu dəfə özünü məhrum etmədən. 2021-ci ilin avqustunda alış-veriş zamanı geyinə biləcəyi ölçüdə paltar tapmadıqda, həyatında dəyişiklik etməyə qərar verib.
Arıqlamaqda kömək edən 3 əsas addım
Yeməkləri əvvəlcədən hazırlamaq
Xavier deyir ki, sağlam yeməklərə asanlıqla çıxışının olması ona çox kömək edib. Əvvəllər acanda tez bir fast food sifariş edirmiş, bu da arıqlama prosesinə mane olurmuş. "Fast food çox kalorilidir, arıqlamaq istəyən biri üçün təhlükəlidir," - deyə o, qeyd edir.
İndi isə o, həftəsonları marketə gedir, bazar günü isə bütün həftəlik yeməklərini hazırlayır. "Səhərlər yeməyimi bişirib günlər boyu yeyə biləcəyim şəkildə hazırlayıram," Xavier deyib.
Böyük həcmli, az kalorili yeməklər seçmək
Arıqlamaq üçün yandırdığınız kaloridən az yemək lazımdır. Amma bu, ac qalmaq mənasına gəlmir. Xavier "həcmli yemək" üsulunu tətbiq edib: çox, amma az kalorili qidalar. "Az kalori qəbul edərək çox yeyirsiniz," - deyir əlavə edib.
Məsələn, qəlyanaltı olaraq partlamış qarğıdalı yeyir, çünki həm doyurucu, həm də az kalorilidir. Dondurmanı da menyusundan çıxarmayıb, sadəcə az kalorili versiyalarını seçib.
Kaloriləri içkilərlə qəbul etməmək
Xavier, qidalarına yer saxlamaq üçün içkilərdən alınan kalorilərdən uzaq durur. Şirin qazlı içkilərin çox kalorili və qida dəyəri aşağı olduğunu vurğulayır.
Məsələn, bir qutu kolada 240 kalori olur - bu da gündəlik ehtiyacın təxminən 10 faizinə bərabərdir. "Bəzən bu qaydanı pozuram, amma ümumilikdə içkilərdən kalori almamaq çox kömək edir," - Xavier deyir.
Xavier indi 3 ildir ki, arıqladığı çəkini qoruyur. Onun fikrincə, əsas sirr balansdadır:
"Özünüzü ac qoymadan, sevdiyiniz yeməklərin sağlam versiyalarını yeyərək də arıqlamaq mümkündür."
Lalə Qüdrətova
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Limon və portağalı geridə qoydu: Bir dənəsi gündəlik C vitamini ehtiyacını ödəyir
-
Vatsapda daha bir yenilik: Mətn mesajları da birdəfəlik olacaq
-
Günün qoroskopu: Bu gün sözlərinizin çəkisi artacaq
-
Qaradağda palçıq vulkanı püskürdü - Yenilənib - (Video)
-
UEFA Çempionlar Liqası: "Sabah" evdə "Barselona"ya məğlub oldu - Yenilənib - (Video)
-
Nazirlər “Sabah” - “Barselona” oyununda - (Video)
XƏBƏR LENTİ
-
Limon və portağalı geridə qoydu: Bir dənəsi gündəlik C vitamini ehtiyacını ödəyir
-
Vatsapda daha bir yenilik: Mətn mesajları da birdəfəlik olacaq
-
Polis “Sabah” – “Barselona” oyunu ilə əlaqədar gücləndirilmiş rejimdə xidmət aparıb - (Foto)
-
Yevlaxda baş vermiş ağır qəzada ölənlərdən birinin kimliyi məlum oldu - Yenilənib
-
Hans Flik: "Sabah" qəhrəmancasına mübarizə apardı"
-
Dambrauskas: Futbolçularımın meydanda nələr yaşadığını təsəvvür edə bilirdim
-
Azərbaycan Gürcüstan üçün strateji tərəfdaşdır - Maka Boçorişvili
-
Əraqçi: İsrail ABŞ-ni daha bir müharibəyə cəlb etmək istəyir
-
Günün qoroskopu: Bu gün sözlərinizin çəkisi artacaq
-
Azərbaycanda qadın amansızca döyüldü: Pəncərəsi daşlandı - Yenilənib - (Foto)
-
Qaradağda palçıq vulkanı püskürdü - Yenilənib - (Video)
-
UEFA Çempionlar Liqası: "Sabah" evdə "Barselona"ya məğlub oldu - Yenilənib - (Video)
-
Nazirlər “Sabah” - “Barselona” oyununda - (Video)
-
Elmira Şabanovanın dəfn yeri açıqlandı - Yenilənib
-
Sabah Qəbələdə qaz olmayacaq
-
Əhməd Talıbov ADSEA-da yeni Aparat rəhbəri oldu
-
Masallıda musiqi müəllimləri və şagirdlər üçün ustad dərsləri keçirilib - (Foto)
-
Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB-dən rəsmi açıqlama
-
İsmayıllıda traktor iki hissəyə parçalandı, 4 yaralı var - (Foto)
-
Azərbaycanlı iş adamı Turqut Hüseynov beynəlxalq uğurlarından danışdı - (Foto/Video)
-
Eldəniz Zeynalovun ailəsinin faciəsi - Evləri satıldı, nəvəsi ağır vəziyyətdədir
-
Azərbaycan mobil internet sürətinə görə dünyada 47-ci yerdədir
-
“Hərbi-vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib - (Foto)
-
Küləklə bağlı xəbərdarlıq





