Rusiya

Rusiya Gürcüstandan kartof idxalını dayandırdı

25 Avqust 2025 00:43
Baxış: 846
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Rusiya 9 ay davam edən fasiləsiz idxaldan sonra iyul ayından etibarən Gürcüstandan kartof alışını dayandırıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, Rusiya ötən ilin oktyabrından etibarən Gürcüstandan müntəzəm şəkildə kartof idxal edib. İdxal həcmi bu ilin aprel ayında pik nöqtəyə çatsa da, sonrakı aylarda tədricən azalmağa başlayıb. İyul ayında isə Gürcüstanın müvafiq qurumu Rusiyaya kartof ixracına dair heç bir məlumat təqdim etməyib.

Mütəxəssislərin fikrincə, bu dəyişiklik Rusiyada cari ildə ötən illə müqayisədə daha yaxşı kartof məhsulu gözləntiləri ilə bağlı ola bilər. Bildirilir ki, 2025-ci ilin müvafiq dövründə Rusiyada kartof yığımının həcmi ötən illə müqayisədə 36 faiz artaraq 240 min tona çatıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.