Hadisə

Altı ay komada qalan yeniyetmə vəfat etdi - FOTO

25 Avqust 2025 21:09
Baxış: 495
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Altı ay əvvəl Biləsuvar rayonunda avtomobil qəzasına düşən 14 yaşlı yeniyetmə vəfat edib.

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, hadisə martın 1-də Biləsuvar-Bəhramtəpə avtomobil yolunun Nərimankənd kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 2008-ci il təvəllüdlü E.Muradlı atasına məxsus "Niva" markalı avtomobildə olarkən idarəetməni itirib.

Yol kənarındakı işıq dirəyinə çırpılan avtomobil daha sonra aşıb. Qəza nəticəsində sürücü və maşında olan 2011-ci il təvəllüdlü sərnişin Tunar Əlizadə xəsarət alıblar. Hər iki yaralı təcili yardım vasitəsilə rayon xəstəxanasına çatdırılıb.

Sürücünün xəsarəti yüngül olduğundan ambulator müalicəyə buraxılıb. Qapalı kəllə-beyin travması alan Tunar Əlizadə daha sonra ixtisaslaşmış xəstəxanalardan birinə göndərilib. O, 6 ay komatoz vəziyyətdə olub və bu gün xəstəxanada dünyasını dəyişib.
 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.