Ölkə

Bu ərazidə yaşayanlara metro ilə bağlı ŞAD XƏBƏR

25 Avqust 2025 17:37
Baxış: 560
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bakıda yeni metro stansiyasının təmir işləri davam edir. Şərti adı "B-04" olan layihə çərçivəsində stansiyanın strukturu, tunellərin birləşdirilməsi və digər texniki işlər sürətlə aparılır.

Bəs yeni stansiyada işlər nə yerdədir və stansiyanın açılışı nə zaman baş tutacaq?

Məsələ ilə bağlı "Bakı metropoliteni QSC"dən News24.az-a bildirildi ki, yeni stansiyanın tikintisi sürətlə davam edir:

"Xəttin layihə adı "B-04" olan stansiyasında inşaatın əsas mərhələsi üzrə işlər davam etdirilir. Bununla yanaşı, hazırda əsas təchizat məsələləri, infrastruktura dair avadanlıq və sistemlərin, o cümlədən havalandırma, eskalator, lift və digər qurğuların quraşdırılması istiqamətində tədbirlər görülür. İnşaat işlərinin 2026-cı ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulur".

Qeyd edək ki, "B-04" Bakı metrosunun Bənövşəyi xəttinin hal-hazırda tikintisi davam etməkdə olan 5-ci stansiyasıdır. Metrostansiya Nəsimi rayonu ərazisində, Cəlil Məmmədquluzadə küçəsində, 1 saylı Mərkəzi Klinik Xəstəxanasının arxasında, Heydər Əliyev adına İdman-Konsert Kompleksinin yaxınlığında yerləşəcək. İnşaat işlərinin 2026-cı ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.