Amerika

Tramp: ABŞ artıq Ukraynaya pul xərcləmir

25 Avqust 2025 23:03
Baxış: 367
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Ukraynaya təhlükəsizlik zəmanətləri məsələsi hələlik konkret şəkildə müzakirə olunmayıb.

Milli.Az xəbər verir ki, Tramp bu fikirləri Ağ Evdə yeni sərəncamların imzalanması mərasimində jurnalistlərin suallarını cavablandırarkən səsləndirib.

Onun sözlərinə görə, əsas öhdəlikləri Avropa ölkələri üzərinə götürməlidir.

"Biz hələ hansı təhlükəsizlik zəmanətlərinin veriləcəyini bilmirik, çünki bu barədə konkret müzakirə aparmamışıq. Baxarıq. İlk növbədə, onlara Avropa əhəmiyyətli zəmanətlər verəcək. Belə də olmalıdır, çünki onlar həmin bölgədə yerləşirlər. Biz isə dəstək göstərmək baxımından prosesə cəlb olunacağıq", - deyə Tramp bildirib.

ABŞ Prezidenti onu da əlavə edib ki, Vaşinqton artıq Ukraynaya maliyyə vəsaiti ayırmır.

/APA

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.