İdman

26 il sonra yenidən qalib gəldi

25 Avqust 2025 20:00
Baxış: 351
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Nigeriyalı boksçu İke İbeabuçi 26 illik fasilədən sonra ilk döyüşündə qalib gəlib.

Milli.Az xəbər verir ki, Nigeriyanın Laqos şəhərində baş tutan döyüşdə İbeabuçi həmyerlisi İdris Afineni məğlub edib. Döyüşdən sonra İbeabuçi ağır çəkidə mütləq dünya çempionu, ukraynalı Oleksandr Usiki döyüşə çağırıb.

İbeabuçinin 52 yaşı və 21 qələbəsi var, heç bir məğlubiyyəti yoxdur. 1999-cu ildə idmançı zorlama və təcavüzdə ittiham edilərək həbs cəzasına məhkum edilib. O, 2015-ci ildə azadlığa buraxılıb. /oxu.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.