Rəis müavini təyin edəcəyəm deyib 40 min manatını aldı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakıda dələduzluqlar edən şəxsə hökm oxunub.
Milli.Az-ın məlumatına görə, 40 yaşlı Astara rayon sakini Alim Səfərov (soyad şərtidir) üç nəfəri aldadaraq, külli miqdarda vəsaiti ələ keçirib.
İlk zərərçəkən 2012-2023-cü illərdə Xəzər rayonu 20 nömrəli xüsusi əyani-qiyabi orta məktəbinin direktoru işləmiş Şahin Musayevdir (soyad şərtidir). 2022-ci ildə həmin məktəbdə yoxlama aparılarkən nöqsanlar aşkarlanıb və Şahin Musayev barəsində Cinayət Məcəlləsinin 3 maddəsilə cinayət işi açılıb. Söhbət zamanı Alim özünü geniş əlaqələri olan şəxs kimi təqdim edərək, ona açılan cinayət işində dəyən ziyanı azaldacağını, habelə həmin ittihamlar üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilən işə xitam veriləcəyini vəd verib. Bu məqsədlə ondan 3 min manat pul alıb.
İkinci epizodda da zərərçəkən tərəf Nizami rayonu ərazisində yerləşən 2 saylı xüsusi əyani-qiyabi orta məktəbin 2014-2022-ci illərdə direktoru olmuş Əmrah Səfərov olub. Onun rəhbəri olduğu məktəbdə 2022-ci ildə aparılan yoxlamalar zamanı nöqsanlar üzə çıxıb və direktor barəsində Cinayət Məcəlləsinin 3 maddəsilə cinayət işi açılıb. Alim Səfərov Əmrah Səfərova da cinayət işinə xitam veriləcəyini söz verib və ondan 10 min manat pul alıb.
Üçüncü zərərçəkən isə hüquq-mühafizə orqanlarının Bəhruz adlı əməkdaşıdır. O, Lənkəranda bir restoranda söhbət zamanı Alimlə tanış olub. Alim ona Astara kəndlərindən birinin məscidində axund vəzifəsində işlədiyini və çox geniş əlaqələri olduğunu deyib. Ona inanan Bəhruz Baş Dövlət Yol Polisi İdarəsinin Lənkəran şəhər Qeydiyyat və İmtahan Texniki Baxış Şöbəsinin rəis müavini işləmək istədiyini bildirib. Alim bu işdə ona kömək olacağını vəd verərək, ondan 200 min manat istəyib. İlk olaraq isə 23500 dollar (40 min manat) pul alıb və Bəhruza 1 ay ərzində vəzifəyə təyin olunacağı barədə əmr veriləcəyini bildirib.
Lakin təbii ki, vədlərin heç biri yerinə yetməyib və zərərçəkənlər polisə şikayət ediblər. Nəticədə Alim Səfərov saxlanılıb və barəsində yekun olaraq, Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq, təkrar törədildikdə) və 178.2.4-cü (xeyli miqdarda törədildikdə) maddələri ittiham elan olunub.
Səbail rayon Məhkəməsində hakim Şəhla Süleymanovanın sədrliyi ilə keçirilən prosesdə Alim Səfərov barəsində 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. O, ümumi rejimli həbsxanada cəza çəkəcək./lent.az
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Dəhşətli qətllə bağlı yeni detallar - (Video)
-
Qadın evində qətlə yetirilib, qohumu tutulub - (Video)
-
Salyanda ailə faciəsi - anası, atası və qardaşı arvadını bıçaqladı - (Video)
-
Naxçıvanda 17 yaşlı oğlan bıçaqlandı
-
Könül Həmzəyevaya qarşı 300 minlik dələduzluq: Məhkəmə başladı
-
Anasını qətlə yetirən 22 yaşlı gəncə hökm oxundu
XƏBƏR LENTİ
-
Elektroskuter istifadəçilərinin diqqətinə: Cərimə ilə üzləşə bilərlər
-
Yasamalda məktəbli qızın faciəli ölümü - Hadisədən əvvəl nə deyib? - (Yenilənib)
-
Bakının 4 rayonunda işıqlar sönəcək
-
Kartof bahalaşacaq?
-
Ayın 29-da intensiv yağış yağacaq, qara keçəcək - Proqnoz
-
BMT rəsmisindən Azərbaycanın ev sahibliyinə yüksək qiymət - (Foto)
-
"Bolt"dan çağırdığı sürücü başına iş açdı - (Foto)
-
Xuraman Əlizadəyə ağır itki - (Foto)
-
Ənvər Hacıməmmədov vəfat etdi
-
Azərbaycan əsilli rejissor barəsində həbs qərarı verildi - (Foto)
-
Yevlaxda iki gəncin öldüyü qəzanın səbəbi açıqlandı - (Video)
-
"Qalatasaray" və "Fənərbağça"nın ulduzunu 10 oyunluq cəza gözləyir
-
TÜRKPA Baş katibi TDT Ağsaqqallar Şurasının sədri Binali Yıldırım ilə görüşüb
-
Bakıda bütün köhnə avtobuslar tarixə qovuşur
-
İsraildə seçkilərin ilkin nəticələri: Netanyahu irəlidədir
-
Məşhur aktyor vəfat etdi - (Foto)
-
Prezidenti İlham Əliyev: Çexiya ilə əlaqələrin dinamik inkişaf etməsi bizi sevindirir
-
Dialoq sadəcə diplomatik ünsiyyət vasitəsi deyil - Kamaləddin Qafarov
-
Prezident İlham Əliyev Petr Paveli təbrik edib
-
Xalq artisti: “Heç vaxt ərə gedib, başqa kişidən uşaq doğmaram” (Video)
-
Prezident İlham Əliyev: Azərbaycan İƏT çərçivəsində əməkdaşlığın inkişafına xüsusi önəm verir
-
Prezident İlham Əliyev: Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir
-
“Güllü”nün qızı ilə bağlı qorxunc iddialar üzə çıxdı - Xəstələrə iynə vuraraq...
-
Prezident İlham Əliyev İƏT ölkələri korrupsiya orqanları rəhbərlərinin iclasının iştirakçılarına müraciət ünvanlayıb





