Texnologiya

Telefon danışıqlarını uzaqdan dinləmənin yeni üsulu

26 Avqust 2025 06:36
Baxış: 421
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Pensilvaniya Universitetinin əməkdaşları telefon danışıqlarını uzaqdan dinləməyin yeni üsulunu təqdim ediblər.

Milli.Az xəbər verir ki, alimlər millimetrlik radar vasitəsilə smartfonun gövdəsinin çox az nəzərə çarpan titrəyişlərini "oxuyub" onları mətnə çevirməyin mümkün olduğunu göstəriblər.

Məsələn, üç metr məsafədə 10 min sözdən ibarət lüğətlə nitqin açılmasında 60%-ə qədər dəqiqlik əldə etmək mümkündür. Titrəyişləri nitqə çevirmək üçün tədqiqatçılar açıq süni intellekt modeli olan "Whisper"i yalnız parametrlərinin 1%-ni dəyişdirərək uyğunlaşdırıblar. Test zamanı smartfon nitqi səsləndirib və radar onun səthinin mikroskopik vibrasiyasını qeydə alıb. Nəticədə, əldə edilmiş "səs-küylü" məlumatlar modifikasiya edilmiş model tərəfindən emal olunub.

Alimlərin fikrincə, nəticə dodaq oxuma ilə müqayisə edilə bilər: sözlərin yalnız 30-40%-i tanınsa belə, kontekst söhbətin çox hissəsini bərpa etməyə imkan verir. (oxu.az)

Milli.Az
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.