Ölkə

Keçmiş məcburi köçkün mənzildən çıxmaq üçün ev sahibindən pul istəyir - VİDEO

26 Avqust 2025 00:49
Baxış: 424
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Keçmiş məcburi köçkünün məskunlaşdığı evdən çıxması üçün mənzil sahibindən pul istədiyi iddia olunur.

Milli.Az Xezerxeber.az-a istinadən xəbər verir ki, yayılan səs yazısının Qubadlı rayonunun Muradxanlı kəndindən keçmiş məcburi köçkün, hazırda Sumqayıt şəhərində başqasının evində məskunlaşan Mehriban Hüseynovaya məxsus olduğu bildirilir. 

İddialara görə, o, 32 il bundan öncə sığınacaq üçün öz 4 otaqlı evini məcburi köçkünə verən Səlminaz Verdiyevanı təhdid edir. Hətta evdən çıxmaq üçün özü və baldızı üçün ümumilikdə 20 min manat pul tələb edir. 

Maraqlıdır ki, Mehriban Hüseynova səs yazısının ona aid olduğunu inkar etmir.

Mənzilin əsl sahibi Səlminaz Verdiyeva isə deyir ki, öz evi ola-ola yataqxanada yaşayır. Ev sahibi bildirir ki, Mehriban Hüseynova və baldızından evini boşaltmalarını tələb edib. Qərar da verilib ki, həmin keçmiş məcburi köçkünlər evi boşaltsınlar, ancaq onlar nəinki buna əməl etmirlər, əksinə, buna görə ondan pul tələb olunur.

Baş verənlərə Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsindən də bildirilib ki, yayılan səs yazısından onlar da məlumatlıdırlar.

Qubadlı rayon İcra Hakimiyyətindən isə bildirilib ki, baş verənlərlə bağlı sözügedən ailə ilə görüş keçirilib. Lakin onların müvəqqəti başqa mənzildə məskunlaşması üçün icra hakimiyyətinin balansında hələ ki, hər hansı bir mənzil yoxdur. 

Daha ətraflı süjetdə:
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.