"Səninlə tanış olduğum günü lənətləyirəm"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Teleqram sosial şəbəkəsinin yaradıcısı və sahibi Pavel Durovun üç övladının anası olduğunu iddia edən İrina Bolqar haqqında səsləndirilən şayiələrə reaksiya verib.
Milli.Az axşam.az-a istinadən bildirir ki, İrina sosial media hesabında Pavellə olan görüntülərini yayımlayaraq haqqında səsləndirilən yalanları təkzib edəcək dəlillərinin olduğunu bildirib. O, Pavellə necə tanış olduğundan yazıb:
"Səninlə tanış olduğum günü lənətləyirəm. 2012-ci ilin yayında məni yoqa üzrə mütəxəssis kimi Durovla tanış etdilər. O vaxt mən 14 ildən artıq idi ki, yoqa ilə məşğul olurdum və bu, mənim hobbim idi. Dostum mənə zəng etdi və Pavel Durovla görüşməyi təklif etdi. Durovun necə göründüyünü belə bilmirdim, ilk görüşümüzdən əvvəl onun şəklini quqlda axtarmalı oldum.
İlk görüşdən sonra yoqa ilə bağlı yenidən görüşməyə razılaşdıq. Söhbətlərimiz getdikcə başqa mövzulara çevrilirdi. Birlikdə çox vaxt keçirir, saatlarla söhbət edirdik. Beləcə dost olduq.
2012-ci ilin sonuna qədər dostluq münasibətlərimizi saxladıq, o zaman Pavel məni Dubaya qış tətilini onunla keçirməyə dəvət etdi. Bu səfərdə münasibətimiz sevgiyə çevrildi və biz cütlük olaraq Sankt-Peterburqa qayıtdıq.
Bir gün də ayrılmaq istəmədiyimiz üçün Pavellə hoteldə yaşadıq. 2013-cü ilin aprelində biz Venesiyaya uçduq və Avropanı gəzdik. O zaman Rusiyada polislə insidentdən sonra Durova qarşı cinayət işi açılmışdı. Lakin 2013-cü ilin yayında biz Sankt-Peterburqa qayıtdıq və şəhərin mərkəzində kirayə mənzildə məskunlaşdıq. 2017-ci ilə qədər orada birlikdə yaşadıq. Orada 3 övladımız dünyaya gəlib. Pavel həmişə çoxlu uşaq sahibi olmaq istəyirdi və bu arzu qarşılıqlı idi.
Pavel hətta 2021 və 2022-ci illərdə, ayrılmağımıza az qalmış daha çox uşaq sahibi olmaqda israr edirdi. Amma bu arzu mənim tərəfimdən artıq qarşılıqlı deyildi. Bundan imtina etdim.
Bu fotolar 2013-2021-ci illərdə Sankt-Peterburqda bir yerdə yaşadığımız və xarici ölkələrə səyahətlərimiz zamanı çəkilib".
İrina paylaşımlarının davam edəcəyini vurğulayıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Fitnes mütəxəssisi: Məşqdən sonra bunu etmək əzələləri mum kimi əridir
-
“Yaşaya bilmədiyimiz ata-qız sevgisinə ağlayıram” - Rəqsanə İsmayılova - (Foto)
-
Sumqayıtda baş verən qəzada bir nəfər ölüb
-
Bakıda ''Cantəpə''adlanan ərazidə yolda bərbad vəziyyət - (Video)
-
Bakının bəzi ərazilərində qaz olmayacaq
-
BMT-də Netanyahuya qarşı kütləvi boykot - (Video)
-
Naomi Kempbell keçmiş nişanlısı ilə Bakıda - (Foto)
-
Günün qoroskopu: Həyatınıza yad bir insanın daxil olması ehtimalı var
-
Ceyhun Bayramov ABŞ biznes nümayəndələri ilə görüşdə Azərbaycanın strateji prioritetlərini açıqlayıb - (Foto)
-
Əlillik pensiya kəsildiyi üçün iynə və dərmanları ala bilmirlər - (Video)
-
“Türkiyə Yunanıstanın düşməni deyil, qonşusudur” - Ərdoğan
-
Bakının bəzi ərazilərində işıq olmayacaq
-
Bakıda öldürülən qadının meyiti Qusarda meşədən tapıldı - (Video)
-
Çin sədrinin Ağ Evə səfəri öncəsi jurnalistlər arasında qalmaqal - (Video)
-
“Bu üç gün ərzində çox qocaldım və arıqladım” - Həmidə Ömərova
-
Bakıda gənc qızı motosiklet vurdu - (Video)
-
Marek Kalinaya sərt cəza - 20 illik futboldan uzaqlaşdırıldı
-
Sübhan Mamedov Avropa çempionu olub - (Foto)
-
BƏƏ İrana uçuşları dayandırdı
-
Sabirabadda ağır qəza - ölən və yaralanan var - Yenilənib
-
Marina Vladi vəfat etdi
-
Ceyhun Bayramov Kot-d’İvuar XİN rəhbəri ilə regional məsələləri müzakirə edib - (Foto)
-
Kartlara tətbiq edilən limitlərlə bağlı açıqlama - Yenilənib
-
Qazaxıstanda ölən hərbçilərin sayı 12-yə çatıb





