Rusiya

Tatarıstan rəhbəri: Azərbaycanın bütün sahələrdəki uğurları bizi ürəkdən sevindirir

21 Sentyabr 2024 18:51
Baxış: 372
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tatarıstanla Azərbaycan arasında gözəl əlaqələr mövcuddur, bu əlaqələr inkişaf etməkdə və genişlənməkdə davam edir.

Milli.Az bildirir ki,  bunu "Report"un Rusiya bürosuna Rusiya Federasiyası Tatarıstan Respublikasının rəhbəri Rüstəm Minnixanov deyib.

Rusiya Müsəlmanları Ruhani İdarəsinin VIII Qurultayında çıxışı zamanı o, Azərbaycanın bütün istiqamətlərdə - iqtisadiyyatda, tikintidə, modernləşmədə əldə etdiyi uğurlarına ürəkdən sevindiklərini bildirib.

Tatarıstan rəhbəri Azərbaycanın Qarabağ müharibəsində tarixi qələbəsini qeyd edib.

"Siz tarixi problemi həll etdiniz, torpaqlar Azərbaycana qayıtdı. Azərbaycan xalqının və Prezident İlham Əliyevin qələbəsi ölkənin yüksəliş yolunda olduğunu göstərir və biz əməkdaşlıqdan məmnunuq", - R.Minnixanov söyləyib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.