Rusiya

Məşhur aktyor döyüşdə ÖLDÜ - FOTO

20 Avqust 2024 18:45
Baxış: 2 470
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

42 yaşlı rusiyalı aktyor Yevgeni Şişov Kursk vilayətində gedən döyüşlərdə həlak olub.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə Kino-Teatr.ru saytı məlumat yayıb.

"Yevgeni Şişov Kursk vilayətində Rusiya ərazisini müdafiə edərkən həlak olub", - məlumatda deyilir.

Aktyorun ölüm xəbərini həmkarları da təsdiqləyib.

Qeyd olunur ki, sənətçi sosial şəbəkədə sonuncu paylaşımını iyulun 31-də edib.

Yevgeni Şişov 1982-ci ildə anadan olub. O, ekranlarda "Dəniz şeytanları", "Çətin ölüm", "Möhtəşəm beşlik", "Nevski" kimi layihələrlə məşhurluq qazanıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.