Rusiya

Moskva Kurska hücumu terakt kimi qiymətləndirdi

7 Avqust 2024 11:44
Baxış: 1 301
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Burada söhbət dinc əhaliyə qarşı növbəti terror aktından gedir. Bu, açıq-aydın dinc əhaliyə, vətəndaşlara qarşı yönəlib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə hücumunu şərh edərkən deyib.

Onun sözlərinə görə, hazırkı vəziyyətdə lazım olan hər şey edilir:

"İstintaq Komitəmiz və hüquq-mühafizə orqanları bunu qiymətləndirəcək, sübutlar toplayacaq, lazımi tədbirlər görəcək ki, bütün bunları edənlər məhkəmə qarşına çıxsın və cinayətkarlar layiq olduqlarını alsınlar".

Qeyd edək ki, Ukrayna ordusu ötən gün Kursk vilayətinə hücum edib. Ukrayna mediası hücum edənlərin Rusiyanın Azadlığı Legionu olduğunu bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.