Rusiya

Rusiyanın danışdığı gənc qızın meyiti 5 gün sonra tapıldı - VİDEO - FOTO

21 İyun 2024 17:12
Baxış: 1 802
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir neçə gündür Rusiya mediası və sosial şəbəkələrində Soçidə gənc qızın oğlanla dəniz sahilində gəzintisi zamanı fırtına baş verdiyindən dalğaların onu apardığını əks etdirən görüntülər yayılıb. Görüntülərdə 20 yaşlı qızın hündür dalğalar arasında sürətlə itdiyini görmək mümkündür.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu gün isə Rusiya Fövqəladə Hallar Nazirliyinin teleqram kanalında Qara dənizdə batan qızın cəsədinin tapılması barədə məlumat yayılıb.

Bildirilib ki, onun meyiti Qara dənizdə aşkar edilib və kimliyi müəyyənləşdirilir.

Gənc qızın bacısının sözlərinə görə, hadisə baş verən gün yaxınlıqda çox insan olsa da, heç kəs ona kömək etməyib.

Xatırladaq ki, hadisə iyunun 16-sı qeydə alınıb. Qızın axtarışları beş gündür davam edirdi.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.