Rusiya

Azərbaycanlı Rusiyada tutuldu - Müğənniyə qarşı əxlaqsızlıq edib

10 Aprel 2024 15:18
Baxış: 1 672
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyada 17 il əvvəl qadın müğənnini zorlayan azərbaycanlı saxlanılıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, 2006-cı il noyabrın 25-də 33 yaşlı qadın müğənni işlədiyi kafedə gecə növbəsindən sonra evə getməyə hazırlaşıb. Qonaqlardan biri qadına evə getməyi təklif edib və o, razılaşıb. Nəticədə kişi kafe işçisini Norilskdəki qaraja aparıb, orada onu döyüb və ona qarşı əxlaqsızlıq edib.

Bundan sonra kişi qadını evinə aparıb. O, qadını mağazada saxlayıb. Bu zaman qız qaçaraq polisə müraciət edib. Adam cəzadan yayınmaq üçün Dudinkaya, oradan Krasnoyarska gedib, sonra isə vətəni Azərbaycana qayıdıb.

Faktla bağlı cinayət işi açılsa da, şübhəli saxlanılmayıb. İş dayandırılıb. Yalnız 17 il sonra, 2024-cü ildə müstəntiqlər cinayətin üstünü açıb günahkarı tapa biliblər. Yekaterinburqda işləmək üçün gəldiyi 52 yaşlı kişi saxlanılıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.