Rusiya

“Crocus” terrorçularını gözləyən dəhşətli aqibət: Tabut kimi yer, ölümü arzulamaq...

28 Mart 2024 19:59
Baxış: 2 273
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Moskva yaxınlığındakı Krasnoqorskda "Crocus City Hall" konsert zalına hücum edən terrorçuları məhkəmə tərəfindən təqsirli bilindikdən sonra son dərəcə ağır həbs şəraiti gözləyir.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Moskva İctimai Monitorinq Komitəsinin məsul katibi Aleksey Melnikov məlumat verib.

Onun sözlərinə görə, terrorçular ömürlərinin qalan hissəsini övladlarını görmədən keçirəcəklər:

"Terror aktı törədənləri yaxşı heç nə gözləmir. Ömürlərinin sonuna qədər onlar tabut kimi yerdə - 4-6 kvadratmetrlik kamerada olacaqlar, onlar sadəcə əlləri bellərində əyilmiş vəziyyətdə hərəkət etməli olacaqlar, onlarla ünsiyyət qadağan ediləcək. Böyük ehtimalla onlar bir daha uşaqlarını görməyəcəklər. Ömürlük həbs qorxuncdur, bu cəzaya məhkum olanları görmüşəm, çoxu tezliklə ölüm istəyir", - deyə hüquq müdafiəçisi bildirib.

A.Melnikov ölüm hökmünün əleyhinə olduğunu da vurğulayıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.