Rusiya

“Terror qurbanlarının ailələrinə ödənişlərə başlanılıb”

27 Mart 2024 09:17
Baxış: 1 019
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Crocus City Hall"da törədilən terror aktının qurbanlarından 52 nəfərin yaxınlarına ödəniş edilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə regionun sosial inkişaf naziri Lyudmila Bolataeva TASS-a açıqlama verib.

Nazir bildirib ki, qurbanların yaxınlarına ödənişlər edilməyə başlanılıb və bu proses mərhələli şəkildə davam edəcək.

Xatırladaq ki, bir neçə gün öncə Moskva vilayətinin qubernatoru Andrey Vorobyov "Crocus City Hall"da törədilən terror aktı nəticəsində həlak olanların yaxınlarına 3 milyon (55 500 AZN), yaralananlara isə 1 milyon rubl (18 500 AZN) ödəniləcəyini bildirmişdi.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory