Rusiya

Hotel sahibəsi terrorçular haqda: “Özlərini sakit aparırdılar”

23 Mart 2024 17:15
Baxış: 1 366
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Krokus"a hücum edən terrorçuların yaşadığı "Okrujnoy" otelinin sahibəsi onları sakit insanlar kimi xarakterizə edib.

Milli.Az musavat.com-a istinadən bildirir ki, onun sözlərini "112" Telegram kanalı sitat gətirir.

Elena B. müstəntiqlərə qonaqların özlərinə diqqət çəkmədiyini deyib. "Onlar sakit, qeyri-adi qonaqlar kimi yaşayırdılar", - otel sahibəsi deyib.

Qadın bildirib ki, qonaqlar martın əvvəlində qeydiyyatdan keçiblər. Özlərini sakit aparırdılar, heç nə nümayiş etdirmirdilər. Eyni zamanda, onun sözlərinə görə, inzibatçılarla ünsiyyəti İvanovodan olan 19 yaşlı bərbər Məhəmmədsobir Fayzov aparırmış, çünki o, rus dilini o birilərdən yaxşı bilirmiş.

"Qeydiyyat zamanı qonaqlar başqa dövlətin vətəndaşlarının pasportlarını təqdim etmişdilər", - deyə Elena B. əlavə edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.