Rusiya

Rusiyada səkkizinci mərtəbədən yıxılan qadın sağ qaldı - FOTO

20 Mart 2024 10:32
Baxış: 886
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın paytaxtı Moskvada 52 yaşlı qadın səkkizinci mərtəbənin pəncərəsindən yıxılıb və sağ qalıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Milli Qvardiyasının mətbuat xidmətindən məlumat verilib.

Həmçinin hadisənin videogörüntüləri Rusiya Milli Qvardiyasının "Telegram" kanalında yayımlanıb.

Görüntülərdə qadın yüksək mərtəbədən yıxılmasına baxmayaraq, özü ayağa qalxıb, müstəqil şəkildə hərəkət edib və danışıb. O, hadisənin təsadüfən baş verdiyini bildirib. Qadına ilk tibbi yardımı yaxınlıqda olan Rusiya Milli Qvardiyasının əməkdaşları göstəriblər. Daha sonra qadın təcili yardım maşını ilə şəhər xəstəxanalarından birinə aparılıb. Ona bud sümüyünün sınığı diaqnozu qoyulub. Həmçinin beyin silkələnməsindən də şübhə edilir.

Qeyd edilib ki, qadının yıxıldığı yerdə qarın yığılması onun az zədə almasına səbəb olub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.