Rusiya

Rusiyada seçki qutularına boya tökdülər, kabinələr yandırıldı - VİDEO

17 Mart 2024 15:12
Baxış: 1 256
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Rusiyada prezident seçkilərinin 3-cü və sonuncu günüdür. Ölkə daxilində və xaricdə səsvermə davam edir. 3 gün davam edəcək seçki prosesi bu gün saat 20.00-da başa çatacaq.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, səsvermə prosesi davam edərkən bir çox seçki mərkəzlərinə hücum edilib.

Bəzi seçicilər seçki qutusuna boya töküblər. Bəziləri seçki mərkəzinə molotov kokteyli atıblar. Vahid Rusiya Partiyasının bir çox qərargahı və elektron xidmətləri də kiberhücuma məruz qalıb.

Xatırladaq ki, Rusiya prezidenti postu uğrunda dörd namizəd - Vladimir Putin, Vladislav Davankov, Leonid Slutskiy və Nikolay Xaritanov mübarizə aparır. Rusiyanın Mərkəzi Seçki Komissiyası seçkilərin ilkin nəticələrini martın 18-i günün birinci yarısında açıqlayacaq.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.